İlk Bank və Bankçılıq sistemini kim qurdu? - Bankçılıq Tarixi | Banco.az

İlk Bank və Bankçılıq sistemini kim qurdu? - Bankçılıq Tarixi

Bankçılıq sistemi və banklar ilk olaraq, e.ə. 1800-2000 illəri aralığından öncə Babildə sonralar Asuriyalılarlar və Şumerlərdə ortaya çıxdı. Şəhərlər arsında mal daşıyan və satan tacirlər əkinçilərə taxıl krediti verməyə başladılar. Bu təməl sosial və ekonomik razılaşmalar gil löhvələrdə qeyd olunurdu.

Daha sonra, antik Yunanıstanda və Roma İmperatorluğu zamanlarında ən etibarlı yerlər məbədlər idi ki, insanların depozitləri bu məbədlərdə saxlanılırdı. Depozitlər qəbul edilərkən, eyni zamanda məbədə müəyyən gəlir gətirsin deyə kreditlər verilməyə başlanıldı. Dəyər mədənləri, pulları mədənlədə yerləşdirmək və gizlətmək vərdişi, mədənlərin qarət olunmağa başlandığı e.ə. 209-cu ilə qədər davam etdi. Efesdə yerləşən Artemis məbədi, Asiyanın ən böyük bankı olmuşdur. Mədən, Aristotel, Sezar, Dio Chrysostomus, Platon, Plutarx, Strabon, kibi məhşur şəxslərə xidmət göstərmişdir. E.ə. 433-427-ci illərdə Atina Məbədi dövlətə belə kredit vermişdir.

Aparılan arxeoloji araşdırmalar ilə eyni dönəmlərdə Qədim Çin və Hindistanda pul kreditləşdirmə fəaliyyətlərinin aparıldığına dair tapıntılar ortaya çıxmışdır.

 

Bankçılıq Tarixi.

Bankçılıq tarixi pulun tarixi ilə iç-içədir. Taxıl-pul və  ərzaq--mal-qara--pul olaraq bilinən qədim pul növləri, iki şeyin dəyişdirilərək qarşılıqlarının ödənilməsi təxminən e.ə. 9000-ci illərdən bəri istifadə edilməkdədir. Pulun nələrisə satın almaq üçün bir qarşılıq olaraq və ya ödəniş kimi istifadəyə başlanmasından əvvəl, tacir sənədləri, mal qarşılığında kreditləşmə kimi bəsit bank əməliyyatları ilə yarı bankçılıq fəaliyyətləri həyata keçirilməyə başlanılmışdır.

Orta dövrlərdə kənd həyatından şəhərə axının başlanması ilə iqtisadi fəaliyyətlər inkişaf etməyə başladı. Xüsusilə Xaç Yürüşləri ərəfələrində ordunun ehtiyaclarının qarşılanması üçün pul transferləri edilməyə başlanmışdır. Xaç Yürüşləri Qərbi Avropada bankçılığın yenidən aktuallıq qazanmasına zəmin yaratdı. 1162-ci ildə İngiltərədə II Henri ölkənin müxtəlif yerlərində mövcud qalalara vergi yığılması barədə göstəriş vermişdir. Hər qalada ciddi miqdarda depozit formalaşırdı. Bir yerdə başqa bir yerə pul transferi həyata keçirmək üçün uyğun sənəd hazırlanırdı. Sənədi daşıyan adama sənəd qarşılığında ödəniş edilirdi. Bu qurulan sistem nəticəsində yüklü miqdarda pulların biryerdən başqa yerə daşınması, oğurluq, soyğun kimi halları yaşanmasının qarşısı alınırdı. Bu sənədləşmə  bu gün istifadə etdiyimiz Çek sisteminin ilk nümunəsi idi.

Ən sərfəli kredit üçün müraciət et

 

Orta dövr İtaliya xüsusiylə Florensiya, Venesiya və Genuyanın zəngin əhalinin sıx yaşadığı yerlər olaraq biinirdi. Bu şəhərlər bankçılıq tarixində əhəmiyyətli yerə sahibdirlər. Acciaiuoli, Mozzi, Bardi ve Peruzzi ailələri XIV yüzillikdə bankçılıq sistemini mənimsəmiş və avropanın bir çox yerlərində şöbələr açmışdırlar. Ən məhşur italyan bankı,1397-ci ildə Giovanni Medici tərəfindın qurulan Medici bankı idi. 1327-ci ilə qədər fəaliyyət göstərən Avignonun 43 bank şöbəsi mövcud idi. Bu gün də mövcud olan ən qədim bank 1472-ci ildən bəri fəaliyyət göstərən İtaliyanın Siyena kəndində yerləşən Banca Monte dei Paschi di Sienadır. Bank sözü İtaliyanca “masa” mənasında işlənən banco kəliməsindən gəlməkdədir. Pul və kredit alış-verişləri əsasən geniş bir masanın (dəzgahın) üzərində aparılırdı. XII yüzillikdə bu işlə məşğul olan insanlara banchiero (bankir) adı verilmişdir. Yəhudilərə İtaliyada torpaq sahibi olmaq qadağan idi, ona görə də əkinçilik yerinə ticarətə yönəlmişdilər. Qazandıqları pullar ilə öz banklarını qurmağa müəssər olmuşdular. Xristiyan və İslamda faizin haram olması və qadağan olunması kredit bankçılığının inkişafında müəyyən əngəllərə gətirib çıxarırdı. Bu səbəblə Yəhudilər bank və bank sistemində hegemon olmuşdular. Yəhudi tacirlər həm maliyyə (kredit) həm də sığorta əməliyyatları aparmağa başlamışdılar. Kredit, yəni məhsul krediti mövsümün əvvəlində bir kəndlinin ilin məhsulunu (toxum səpmə, yetişdirmə, müəyyən qulluq və s.) yetişdirmək üçün lazım olan pul idi. Bir məhsul və ya əmtəənin sığorta prosesi isə, məhsulun adətən bir tədarükçüyə təslim edilməsini sığortalayırdı. Bundan əlavə quraqlıq və ya məhsulun xarab olmasına qarşı bir məhsul (və ya əmtəə) sığortası təşkil edərək kəndlinin (və ya əmtəə istehsalçısının) sığortalanması prosesi idi.

 

Tərcümə | Fuad VAHABZADƏ