İlin sonunda “13-cü maaş”kimlərə verilir? | Banco.az

İlin sonunda “13-cü maaş”kimlərə verilir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hər ilin sonunda bəzi müəssisələrdə işçilərə 13-cü əmək haqqı verilir.

Bəs “13-cü maaş” nədir?

Banco.az bu barədə məlumatı təqdim edir.

Hələ sovet vaxtlarında xalq arasında bu mükafata "13-cü maaş" deyilirdi. Bu məbləğ hər ilin sonunda işçilərə orta aylıq əmək haqqı məbləğində mükafat kimi verilirdi.

Amma nə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, nə də başqa normativ-hüquqi aktlarda bu cür mükafatların verilməsi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə görə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

pul və ya qiymətli əşyalar, əlavə məzuniyyət, əmək haqqına fərdi əlavə, daha yüksək məbləğdə fərdi sığorta, sanatoriya-kurort müalicəsi, turist səfərləri və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

Yəni "13-cü maaşın" verilməsi müəssisə rəhbərliyinin istəyindən asılıdır.

Amma ilin nəticələrinə görə işçilər mükafat almalıdılarsa, lakin müəssisə bu mükafatı ödəmirsə, o zaman, işçi məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilər.

"13-cü maaş"ın məbləği və onun hesablanması.

"13-cü maaş"ın məbləğinin nə qədər olması və nə cür hesablanması müəssisə rəhbərliyinin qərarı əsasında müəyyən edilir.  Bu məbləğin nə qədər olmasını öncədən pronozlaşdırmaq çətindir. Qeyd edək ki, işçilərə verilən hər-hansı mükafatın müəssisənin xərclərinə aid edilməsi üçün onun əsaslandırılması lazımdır.

Qeyd edək ki, Əmək Məcəlləsinin 157-ci maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram