İlin son ticarət günü Asiya birjalarında səhmlər bahalaşıb | Banco.az

İlin son ticarət günü Asiya birjalarında səhmlər bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Asiya birjalarında səhmlərin yuxarı yönlü hərəkəti izlənilir.

Banco.az xəbər verir ki, Asiya-Sakit Okean regionundakı səhmlər “Wall Street” birjasının bir gecədə bərpa olunması və itkilərinin çoxunu qaytarması fonunda ilin sonuncu ticarət sessiyasında yüksək qiymətə satılıb.

Honkonqun Hang Seng indeksi ABŞ sessiyasından gələn əhval-ruhiyyəni davam etdirərək 0,56 faiz artıb. Çinin materik hissəsindəki Şanxay Komponenti 0,35 faiz, Shenzhen Komponenti isə 0,26 faiz bahalaşıb.

Qeyd edək ki, Seul birjaları Yeni il bayramına görə bağlanıb və yanvarın 2-də yerli vaxtla səhər saat 10:00-da ticarətin bərpası planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et