Bank sektorunun 30 iyun 2017-ci il tarixinə icmal göstəriciləri açıqlanıb.
Banco.az portalı xəbər verir ki, həmin tarixdə bank sektorunda çalışanların sayı 16 095 nəfər təşkil edib. 31 dekabr 2016-cı ildə isə bu rəqəm 16 947 idi, bu isə ötən ildən bəri banklarda 852 nəfərin ixtisar olunduğunu göstərir.
Qeyd edək ki, 31 may 2017-ci ildə isə banklarda çalışanların sayı 16,034 nəfər idi. Bu isə 1 ay ərzində bankda çalışanların sayının 61 nəfər artığını göstərir.