İlin əvvəlindən Mərkəzi Bank 26 valyuta hərracı keçirib | Banco.az

İlin əvvəlindən Mərkəzi Bank 26 valyuta hərracı keçirib

Birinci rübdə Mərkəzi Bankda 26 valyuta hərracı keçirilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”na istinadən, 3 ayda bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib. Rüb ərzində həm qrafikə uyğun, həm də qrafikdən kənar hərraclar təşkil olunub. Qrafikdən kənar hərracların təşkili mart ayında valyutaya tələbin kəskin artması ilə bağlı olub. Hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Aprel ayından valyuta bazarında tələbin azalması və stabilləşməsi müşahidə olunur.

fed

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et