"İlin əvvəlindən banklar 110 minə yaxın krediti restrukturizasiya edib" | Banco.az

"İlin əvvəlindən banklar 110 minə yaxın krediti restrukturizasiya edib"

"Banklar uzanma müddətində faiz dərəcələrini azaldır, bəzi banklar isə faiz almırlar"

"Azərbaycan Mərkəzi Bankı kreditlərin keyfiyyətinin qorunması, həm də borcalanların maliyyə yükünün tənzimlənməsi üçün səlahiyyətləri çərçivəsində tədbirlər görür".

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Ən sərfəli kredit üçün müraciət et

E. Rüstəmovun sözlərinə görə, AMB-nin tövsiyəsi ilə banklar ilin əvvəlindən ümumi məbləği 600 mln. manat  həcmində 110 minə yaxın krediti yenidən strukturlaşdırıb: "Restrukturizasiya əhalinin borc yükünün yumşaldılmasına xidmət edir. Banklar uzanma müddətində faiz dərəcələrini azaldır. Hətta bəzi uzanma dövründə bəzi banklar faiz almırlar".

E. Rüstəmov bankları bu prosesdə daha fəal olmağa çağırıb. AMB rəhbəri vurğulayıb ki, belə maliyyə konsensusu həm əhalinin, həm də bankların maraqları arasında optimal bir balansı tapmalıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et