Apple 2019-cu ilin ən uğurlu smartfon istehsalçısı seçildi.
Bu barədə "Counterpoint Research" şirkəti məlumat yayıb.
Şirkət mütəxəssislərin araşdırmalarına görə, Apple qlobal smartfon bazarı gəlirlərinin 2/3 hissəsinə sahibdir. Sözügedən şirkət gəlirlərinin 66%-ni smarfon satışından əldə edir. Qlobal smartfon sənayesi bazarında isə gəlirin 32%-i Apple-ın payına düşür.
Reytinqin ikinci pilləsində Samsung şirkəti qərarlaşıb. Samsung smartfon bazarından 17% gəlir əldə edib.
"Counterpoint Research" mütəxəssislərinin fikrincə, Cənubi Koreya şirkətinin bu uğuru Galaxy A və Galaxy Note10 smartfonlarının satışı ilə bağlıdır.
Çin brendləri Huawei, Oppo, Vivo və Xiaomi reytinq cədvəlində olduqca geriləyib. Analitiklər hesab edirlər ki, bu firmalar daha çox büdcə smartfonları seqmentində rəqabətə davamlıdır. Bununla belə, qeyd etmək lazımdır ki, Huawei və Xiaomi smartfon bazarında rəqabət üçün ciddi cəhd göstərir. 2020-ci ildə 5G şəbəkəsinin genişlənməsi Çin brendlərinin büdcəsini gücləndirəcək.
Beynəlxalq reytinqlərə görə, cari ildə smartfon gəlirləri ümumilikdə 11% azalıb. Buna səbəb isə istehsalçıların iPhone Xs və Samsung Galaxy Note 10 kimi premium klas smartfonlarını daha az yeniləmələridir.
Ted.az