İlin axırınadək avrodan uzaq olun | Banco.az

İlin axırınadək avrodan uzaq olun

Avropa valyutasının qiyməti düşür və məzənnə daha 7-10 faiz ucuzlaşa bilər. 

Analitiklər qeyd edir ki, avro kursunun düşüşü Avropa mərkəzi bankının və ABŞ Federal ehtiyatları sisteminin müxtəlifyönlü monetar siyasəti nəticəsində baş verəcək.

Belə ki, Avropa mərkəzi bankı hazırda aktiv şəkildə bazara stimullaşdırma metodlarını işlədir, ABŞ-ın Federal ehtiyatlar sistemi isə bu prosesi təzəlikcə qurtarıb və bu il fazi dərəcələrinin artımına başlayacaq. ABŞ-da faiz dərəcələrinin artımı dollara dəstək olsa da, Avropa Mərkəzi Bankının məşğul olduğu faiz dərəcələrinin aşağı endirilməsi avroya neqativ təsir edir.

Məşhur "FIBO Group"dan olan investisiya məsləhətçisi Yevgeni Slesarev bildirir ki, vəziyyət spekyulativ gözləntiləri də pisləşdirə bilər. “Məhz buna görə növbəti düşüş tam mümkündür. Mən bir avroya bir dollar veriləcəyi faktını istisna etmirəm. Bundan əlavə Yunanıstan məsələsi də qızışsa və ya Avropa yenidən təbii katoklizmlərlə üzləşsə bu qaçılmaz olacaq. Lakin digər tərəfdən bazar artıq neqativ momentləri nəzərə alıb və buna görə də konsolidasiya da mümkündür”- deyə Slesarev bildirib.

Analitiklər avro məzənnəsinin aşağı düşməsinin ilin axırına kimi davam edəcəyini gözləyirlər.

Qeyd edək ki, hazırda bir avro 1.1730 manata bərəbərdir.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com