Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 22-ci Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2015 və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2015 sərgilərinin açılış mərasimində iştirak edir.
Dövlət başçısı açılış mərasimində çıxış edib. O, qeyd edib ki, neft-qaz və onların ixracı sahəsində Azərbaycan strateji valyuta ehtiyatları əldə edib. "Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb, sosial məsələlər həllini tapıb. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. Artıq neft amilindən daha az asılıyıq. Neftin qiyməti 2 dəfə düşsə də, bu il 5% iqtisadi artım əldə etmişik”.
Onun sözlərinə görə, həm "Əsrin Müqaviləsi", həm də "Şahdəniz" layihəsində aparıcı sərmayədardır. Bu əməkdaşlığın 20 ildən çox tarixi var. SOCAR və BP əməkdaşlığı bundan sonra daha neçə on illiklər davam edəcək.
İlham Əliyev: "Neftin qiyməti 2 dəfə düşsə də, iqtisadi artım əldə etmişik"

