Banco.az Mərkəzi banka istinadən Sizi kredit qoyluşunun sahələr üzrə strukturu ilə tanış edir.
İlk öncə qeyd edək ki, 2015-ci ilin fevral ayı ərzində iqtisadiyyata kredit qoyuluşunun həcmi 20697,2mln manat olmuşdur ki, onun da 5,5 %-i vaxtı keçmiş kreditlərdir. Vaxtı keçmiş kreditlərin həcmi isə 1138,2mln manatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyata qoyulmuş kreditlərin həcmi 33%, gecikmiş kreditlərin həcmi isə 37% artmışdır.
Ötən il olduğu kimi yenə də ən çox kredit ev təsərrüfatlarına verilib, onların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 32 % arataraq, 8416,7 mln manata çatmışdır. Ev təsərrüfatlarına verilən kreditlərin real sektordakı xüsusi çəkisi isə 40,9%-dən 43%-ə yüksəlmişdir.
Ticarət və xidmət sektoruna yatırılan kreditlərin həcmi 33% artıb, real sektordakı xüsusi çəkisi 14,8%-ə yüksəlib.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna yatırımlaırn həcmi 6% azalaraq, 269,4 mln manat təşkil etmişdir. Onların real sektordakı xüsusi çəkisi isə 1,8-dən 1,3%-ə enmişdir.
Kənd təsərrüfatı və emal sahəsinə yatırımların həcmi 28% artaraq, 936,4 mln-a çatmışdır. Bu sahəyə verilən kreditlərin real sektordakı xüsusi çəkisi 4,7%-dən 4,8%-ə qalxıb.
İnşaat və əmlak sektoruna edilən yatırımlarda 38%, Sənaye və istehsal sektorunun kreditləşməsində isə 25% artım qeydə alınıb. Sözü gedən sahələrin kreditləşməədəki xüsusi çəksi müvafiq olaraq, 14,6 və 11,5% olmuşdur.
Nəqliyyat və Rabitə sektoruna yatırılan kreditlərin həcmi isə 57% artmış, xüusi çəkisi 3,4%-dən 4,3%-ə yüksəlib.
İpoteka da daxil olmaqla əmlakın tikintisinə və alınmasına görə verilən kreditlərin həcmi 44% artmış, xüsusi çəkisi isə 5,7-dən 6,2%-ə yüksəlmişdir.
Ətraflı şəkildə isə diaqramlarda izləyə bilərsiniz.
Real sektora kredit qoyuluşunun sahələr üzrə artım dinamikası
Kredit qoyuluşunun sahələr üzrə stukturu