2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 4,8 milyard manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabata əsasən, Azərbaycanda adambaşına düşən gəlirlər yanvar-fevral aylarında 517,6 manat və ya ayda 258,8 manat olub. Adambaşına düşən gəlirlərin artımı isə illik 2,2 faiz inflyasiya ilə 4,4 faiz təşkil edib.
Əhalinin sərəncamında qalan gəlirlər ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 4,34 milyard manata bərabər olub.
Mənbə: trend.az