İKZF-nin dövriyyədə olan istiqrazlarının həcmi 2 mlrd. manatı ötüb | Banco.az

İKZF-nin dövriyyədə olan istiqrazlarının həcmi 2 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Dövlət İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) dövriyyədə olan istiqrazlarının həcmi 2078,6 mln. manat təşkil edir.

Banco.az xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov deyib:

“2009-cu ildən bu günədək 1906,3 mln. manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib. Fond tərəfindən istiqraz sahiblərinə 278,5 mln. manat məblağində faiz ödənişləri həyata keçirilib”.

Həmçinin qeyd edilib ki, Fond fəaliyyət dövrü ərzində (2005-ci ildən bəri) bütün illəri mənfəətlə başa vurub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram