Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 21 aprel 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə İpoteka və Kredit Zəmanəti Fondunun balansında olan 2 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Nəqliyyat vasitələrinin markaları "BMW 530i" və "Fiat Doblo Combi Premio"dur. Buraxılış illəri isə müvafiq olaraq 2017 və 2006-ci illərdir. Nəqliyyat vasitələrinin start qiyməti 27 min manat və 4,5 min manatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
