İkinci rübdə "Tesla"nın gəliri və xalis mənfəəti artıb | Banco.az

İkinci rübdə "Tesla"nın gəliri və xalis mənfəəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu ilin ikinci rübündə “Tesla”nın gəliri 47 faiz, xalis mənfəəti isə 20 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” cari ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.

Buna görə, şirkətin gəliri ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artaraq 24,9 milyard dollara çatıb. Avtomobil istehsalçısı 2022-ci ilin eyni dövründə 16,9 milyard dollar gəlir əldə etmişdi.

“Tesla”nın xalis mənfəəti isə ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 2,7 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 2,3 milyard dollar təşkil edirdi.

Şirkətin bir səhm üzrə mənfəəti 2022-ci ilin ikinci rübündə 76 sent idisə, bu ilin eyni dövründə 91 sentə yüksəlib.

Bununla yanaşı, “Tesla” 2023-cü ilin ikinci rübündə dünya üzrə 479 min 700 avtomobil istehsal edərkən, 466 min 140 avtomobil tədarük edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram