İkinci qasırğa narahatlığı nefti bahalaşdırdı | Banco.az

İkinci qasırğa narahatlığı nefti bahalaşdırdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ikinci qasırğa narahatlığının təsirindədir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti "İda" qasırğasından sonra "Nikolas" qasırğasının da Texas sahillərinə yaxınlaşması ilə bahalaşıb.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,4% yüksəlməklə hazırda bir bareli 70.92 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 0,7% bahalaşaraq bir bareli 73.99 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram