İki saata $2,3 milyard varlandı | Banco.az

İki saata $2,3 milyard varlandı

Bu gün Jeff Bezosun sərvəti  $2,3 milyard dollar artaraq, $84.6 milyard dollara çatıb. Beləliklə, Amazonun lideri yenidən dünyanın 2-ci ən zəngin insanı pilləsinə yüksəlib. Bu haqda, Banco.az portalı Forbes.coma istinadən məlumat verir.

Ən sərfəli kredit üçün müraciət et

Yüksəlişin səbəbi isə Amazon elektron ticarət nəhənginin Whole Foods firmasını $13.7 milyard nağd və ya səhm şəklində 42 milyard dollara alacağını bəyan etməsi idi. İnvestorlar xəbərləri çox xoş qarşıladı və ardınca səhmlərin qiymətində 3% yüksəliş oldu.

Jeff Bezos Amazonun əsasını 1996-cı ildə, Nyu-York hedc fondunda işini tərk etdikdən dərhal sonra qoyub. 

Ən sərfəli krediti almaq üçün müraciət et