İki reyestr KOBİA-nın informasiya sisteminə inteqrasiya ediləcək | Banco.az

İki reyestr KOBİA-nın informasiya sisteminə inteqrasiya ediləcək

Nazirliyi kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmış “KOB klaster şirkəti” reyestri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin informasiya sisteminə inteqrasiya ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmış “KOB klaster şirkəti” reyestri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin Agentliyin informasiya sisteminə inteqrasiyasını, həmin məlumatların real vaxt rejimində Agentliyə ötürülməsini və mütəmadi olaraq yenilənməsini təmin etmək tapşırılıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et