İki nəhəngin auditini hansı şirkət aparacaq? | Banco.az

İki nəhəngin auditini hansı şirkət aparacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) audit yoxlamalarına başlanılıb. Audit yoxlamaları mart ayında bitəcək.

Məlumatda deyilir ki, hər iki qurum audit hesabatlarını kənar auditora təqdim edib və artıq fevralın əvvəlindən yoxlamalar başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hər iki qurumun kənar auditoru "Pricewaterhouse Coopers (PwC) - Azerbaijan" şirkətidir.

Xatırladaq ki, "PwC Azerbaijan" həm də "Neftçi" PFK və MİDA-nın kənar auditorudur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et