İki ildə mənfəəti 250% artdı | Banco.az

İki ildə mənfəəti 250% artdı

Banco.az saytı Kapital Bankın rüblük maliyyə nəticələrinə istinad edərək bildirir ki, ilin əvvəlində Bankın cəmi aktivləri 25,53% artaraq, 1. 345 mln olmuşdur. Həmin müddət ərzində kredit portfeli isə 27,54% artmış və 3-cü rübə olan göstəricilərə əsasən 870, 602 mln təşkil edir.  2012-ci ilə müqayisədə isə aktivlərin artımı 21,9%, kredit portfelinin artımı isə 31,9% təşkil edir.

İlin əvvəlindən Kapital Bankın müştəri depozitləri 19% artaraq 535, 488 mln təşkil edir.

Ən əhmiyyətli artım isə xalis mənfəətdə (vergilər ödənildikdən sonra xalis mənfəət) qeydə alınıb. Son iki ildə bankın mənfəəti 2,5 dəfə artıb. İlin əvvəli ilə müqayisədə artım 58% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətrafllı cədvəl və diaqramlarda baxa bilərsiniz.