İki banka məxsus əmlak satışa çıxarıldı | Banco.az

İki banka məxsus əmlak satışa çıxarıldı

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “Texnikabank” ASC-yə məxsus iki, “Yunayted Kredit Bank” ASC-yə məxsus bir qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac keçirir.

Auksionda iştirak üçün ərizələrin qəbulu yanvar 11-dən fevralın 11-dək həyata keçiriləcək. Hərrac isə fevralın 13-də baş tutacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Texnikabank”a məxsus ofis sahələri üçün icarə haqqının start məbləği ƏDV daxil olmaqla 1250  və 1650 manat, “Yunayted Kredit Bank”a məxsus ticarət obyekti üçün 4550 manatdır. 

Mənbə: Apa.az