"IKEA" günəş enerjisi ilə işləyən lampa satışa çıxaracaq | Banco.az

"IKEA" günəş enerjisi ilə işləyən lampa satışa çıxaracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“IKEA” və çətin əlçatan əraziləri elektrik enerjisi ilə təmin etmək üçün qurulan “Little Sun” günəş enerjisi ilə işləyən lampa hazırlamaq üçün əməkdaşlığa başlayıblar.

Banco.az xəbər verir ki, günəş enerjisi yeni anlayış olmasa da, potensialından yetərincə istifadə edilmədiyini düşünən İsveçin mebel nəhəngi “IKEA” və çətin keçilən əraziləri elektrik enerjisi ilə təmin etmək üçün təsis edilən “Little Sun” layihəsi əməkdaşlıq edərək günəş enerjisi ilə işləyən lampa dizayn ediblər.

Hər kəsin bir “dilim” günəş ala bilməsi üçün günəşi evlərə gətirən “IKEA” istər stolüstü lampa, istərsə də portativ işıq mənbəyi kimi dizaynını şaxələndirib.

Qeyd edək ki, günəşin və yerin bucağı və hərəkətləri əsasında hazırlanmış “SAMMANLÄNKAD” adlı LED stolüstü lampa günəşə bənzər yarımkürə şəklindədir.

Ən sərfəli kredit üçün müraciət et

Günəş enerjisi ilə işləyən bu iki dizayn 2023-cü ilin aprelində seçilmiş “IKEA” mağazalarında satışa çıxarılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et