IKEA "GƏLƏCƏYİN EVİ" modelini dizayn etdi | Banco.az

IKEA "GƏLƏCƏYİN EVİ" modelini dizayn etdi

Tamara Mustafayeva, Banco.az

Uzun illərdir ki, ev dizaynı ilə diqqətləri üzərinə çəkən İsveçin mebel istehsalçısı IKEA şirkəti bu vaxta qədərki bütün dizayn nümunələrini geridə qoyan və sonrakı nəsillərə daha yaxşı gələcək vəd edən yeni ev modeli dizayn edib.

Şirkət Polşada "Gələcəyin Evi" adlandırdığı insanların təbiətlə vəhdətdə yaşayaraq özlərinə dönəcəyi ideyasını irəli sürən möhtəşəm yaşayış sahəsi dizayn edib.

Polşanın şimal-qərbində, Baltik dənizi sahilində yerləşən Şetsin şəhərində tərk edilmiş bir binada yaradılan model evi tullantıları yenidən istifadə etmək, suya qənaət etmək, evdə yetişdirilən məhsullarla yemək hazırlamaq və daha bir çox fəaliyyət üçün olduqca əlverişli hesab edilir.

Sözügedən ev modelinin hər bir otağı fərqli məqsədlə dizayn edilmişdir. Məsələn, otaqlardan biri dincəlməyiniz və enerji toplamağınız üçün günəş şüalarını saxlayan "Ev Günəşi" rolunu oynayarkən, başqa biri isə açıq rənglərin orqanizminiz və yaşadığınız yer üzərindəki təsirlərini göstərmək üçün 100 TRÅDFRI modeli lampa ilə işıqlandırılıb.

Bu ev modeli insanları kiçik ərazilərdə belə yeyiləbilən bitki və göbələklər yetişdirməyə təşviq edir. Bununla yanaşı, model evi ziyarətə gələnlər köhnə mebellərin necə təmir edildiyini də izləyə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

IKEA şirkəti dünyada müsbət təsir yaratmaq üçün mövcud vərdişləri dəyişdirməyi hədəfləyir. Şirkət hazırda bütün il üzrə nəzərdə tutulan təbii ehtiyatların "ilin yarısına qədər" artıq tükəndiyini və ümumi mənzərənin ilbəil daha da pisləşdiyini vurğulayıb.

Şirkətin həyata keçirdiyi bir araşdırmaya görə, 2050-ci ilədək dünya əhalisinin 70%-i şəhərlərdə yaşamağa başlayacaq və ev sahiblərinə hazırda həyata keçirə biləcəkləri dəyişikliklərlə bağlı lazımi informasiya verilmədiyi təqdirdə qlobal istiləşmə riski daha ciddi problemə çevriləcək.

Həmçinin oxu: IKEA evdən işləyənlərə dekorativ arxa fon seçimləri təklif edir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et