Müəllif - Aida İsaq, Banco.az
İKEA Rusiya və Belarusda françayzinq də daxil olmaqla pərakəndə satış məntəqələrinin sayını çoxaltmağı planlaşdırır.
Banco.az xəbər verir ki, cari ildə şirkətin planları Moskva və Sankt-Peterburqda 15-ə qədər mağaza açmaqdır. Müvafiq layihəyə əvvəllər IKEA mağazaları üçün məhsul istehsal edən Rusiya və Belarusda yerləşən mebel fabriklərinin istehsalçıları daxil edilib.
Qeyd edək ki, IKEA dünya üzrə ev əşyalarının satışını həyata keçirən nəhəng şirkətdir. Ötən ilin martında şirkət Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Rusiyada bütün satışları dayandırdığını, iyunda isə yaxın gələcəkdə onları bərpa etmək ehtimalının olmadığını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!