İİTKM Təcrübə Proqramı elan edir | Banco.az

İİTKM Təcrübə Proqramı elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tələbələr və ali təhsilli gənclər üçün təcrübə keçmək imkanı yaradır

 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti Təcrübə Proqramını elan edir. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan və ya təhsilini başa vurmuş gənclər İİTKM-ə müraciət edə bilərlər:

- İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, IT və ya hüquq sahələri.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

- Məntiqi və analitik düşünmə qabiliyyəti;

- Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir) 

- Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Proqrama qoşulmaq istəyənlərdən 30 noyabr 2017-ci il tarixinə kimi [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

 

 

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.