İİTKM-də rəqəmsal ödənişlər sahəsində Qafqazda ilk forum müzakirə olunub | Banco.az

İİTKM-də rəqəmsal ödənişlər sahəsində Qafqazda ilk forum müzakirə olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib. Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda rəqəmsal ödənişlər üzrə dövlət proqramı dünyada bu sahədə olan əsas trendlərə, o cümlədən, karddan buluda keçid, hər yerdə satış nöqtəsi, xəbərlə ödəmə, ledger üzərindən sərhədsiz tranzaksiyalar və API iqtisadiyyatına cavab verməyə hesablanıb: “Hazırda dünyada təhlükəsizliyə əsaslanan və müştəri-mərkəzli ödəmə sistemindən kardsız və ya rəqəmsal ekosistemə keçid baş verir. İstehlakçılar daha çox innovasiyalara hazır olmaqla, ödənişlərdə nəzarət və rahatlığı üstün tuturlar. Rəqəmsal ödənişlərin gələcəyi əşyaların internetinin inkişafı ilə sıx bağlıdır. Eyni zamanda getdikcə texnologiya şirkətləri banklar və finteklərlə yanaşı rəqəmsal ödənişlərdə daha əhəmiyyətli rol oynayacaq və hətta onları sıxışdıracaq.” 

V.Qasımlı daha sonra bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın 4-cü sənaye inqilabı mərkəzinə çevrilməsi regionda rəqəmsal ödəniş ekosisteminin inkişafına böyük dəstək olacaq: “Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müəyyənləşdirdiyi prioritetdir.”

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə həmçinin bu il fevral ayının 12-də Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçiriləcək “Visa Cashless Forum” barədə müzakirələr aparılıb. Qeyd olunub ki, ölkədə və Qafqazda ilk dəfə keçiriləcək forumun mövzusu “Driving the Future” (Gələcəyə hərəkət) olacaq.

“Visa”nın MDB və Cənub-Şərqi Avropa regionunda başlıca tədbiri olan “Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, ticarət, xidmətlər kimi sahələrin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqilə bağlı məsələlərin müzakirə olunduğu platformadır. Forumun gündəmindəki başlıca mövzular müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağsdsız ödənişləri təşviq edən tənzimləmə olacaq. Vüsal Qasımlı ilə görüşdə VİSA şirkətinin nümayəndələri Salvador Perez Galindo, Kristina Doros, Yuliya Verbova, Nurlan Hacıyev iştirak edib.

Ən sərfəli krediti almaq üçün müraciət et