İİTKM-də “Digital Marketinq” mövzusunda təlim keçiriləcək | Banco.az

İİTKM-də “Digital Marketinq” mövzusunda təlim keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Digital Marketinq” mövzusunda təlim təşkil edəcək. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış marketinq mütəxəssisi, UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun aparacağı təlimin əsas məqsədi Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə məlumatların təqdim edilməsindən ibarətdir.

  Qeyd edək ki, təlimlə bağlı daha ətraflı məlumatı - http://training.ereforms.org/ saytından əldə etmək mümkündür. Təlimdə iştirak etmək istəyənlər həm də göstərilən link vasitə ilə qeydiyyatdan keçə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Təlim İqtisadi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında, fevral ayının 23-də saat 10:00-da başlayacaq

Ən sərfəli krediti almaq üçün müraciət et