İflas prosesinə məruz qalmış “Alfa Sığorta”nın kreditorlarına müraciət olunub | Banco.az

İflas prosesinə məruz qalmış “Alfa Sığorta”nın kreditorlarına müraciət olunub

İflas prosesinə məruz qalmış “Alfa Sığorta” ASC-nin kreditorlarına müraciət olunub.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2-1(81)-4072/2016 saylı qərarı ilə ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması qərara alınıb. Həmin məhkəmənin 12 oktyabr 2016-cı il tarixli qərarına əsasən sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilib.

Qeyd edək ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən əmlak inzibatçısı təyin edildikdən sonra dərhal bu barədə borcluya bildiriş göndərməli, borclunun iflası və özünün təyin edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında azı 7 günlük fasilə ilə iki dəfə elan dərc edilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

“İstinad olunan qanunun 43.2-ci maddəsinə əsasən kreditorlar borcluya öz tələblərini bu qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Odur ki, iflas prosesində olan “Alfa Sığorta” ASC-yə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedcisinə yazılı şəkildə təqdim etməlidirlər”, - deyə müraciətdə vurğulanıb.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədlərini təqdim etməlidirlər. 

Mənbə: Apa.az