Müəllif: Tamara Mustafayeva, Banco.az
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) "İqtisadi Görünüş" hesabatında Türkiyənin 2023-cü il üzrə artım proqnozunu dəyişib.
Banco.az xəbər verir ki, İƏİT Türkiyənin 2023-cü il üzrə artım proqnozunu 2,8 faizdən 3,6 faizə yüksəltsə də, 2024-cü ilə dair proqnozunu isə 3,8 faizdən 3,7 faizə endirib.
Qeyd edilib ki, türk iqtisadiyyatının cari ildəki artımında zəif ixracat göstəricilərinin təsiri hiss olunacaq.
Həmçinin vurğulanıb ki, ölkədə işsizlik səviyyəsi 10 faizə yaxın qalacaq, yüngülləşdirilən maliyyə vəziyyəti bu il və 2024-cü ildə inflyasiyanı 40 faizdən yuxarı qaldıracaq.
Xatırladaq ki, təşkilat bu il qlobal artımın isə 2,7 faiz azalacağını proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!