Müəllif: Tamara Mustafayeva, Banco.az
İƏİT 2024-cü il üzrə Türkiyə artım proqnozunu 3,2 faizdən 3,5 faizə yüksəldib.
Banco.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Türkiyənin bu il üçün artım proqnozunu sentyabr ayında açıqladığı 3,2 faizdən 3,5 faizə yüksəldib.
Qurum qlobal artım proqnozunu 3,2 faiz səviyyəsində saxlayıb.
Bu gün açıqlanan hesabatda Türkiyə iqtisadiyyatı üçün 2025-ci il üzrə artım proqnozu isə 3,1 faizdən 2,6 faizə endirilib. Qlobal iqtisadiyyat üçün 2025-ci il proqnozu 3,2 faizdən 3,3 faizə yüksəldilib.
Qurum Türkiyə üçün 2026-cı il üçün artım proqnozunu 4 faiz müəyyən edib.
İƏİT Türkiyədə istehlak qiymətlərinin (CPI) 2024-cü ildə illik orta hesabla 58,3 faiz, 2025-ci ildə 30,7 faiz, 2026-cı ildə isə 17,2 faiz artacağını proqnozlaşdırıb. Qurum inflyasiya təzyiqləri azaldıqca 2026-cı ilin ikinci yarısında faiz dərəcəsinin 20 faizə düşəcəyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!