İƏİT ölkələrinin iqtisadiyyatı I rübdə 0,4 faiz artıb | Banco.az

İƏİT ölkələrinin iqtisadiyyatı I rübdə 0,4 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İƏİT ölkələrində iqtisadi artım ilin I rübündə əvvəlki rüblə müqayisədə 0,4 faizlə cüzi artıb.

Banco.az xəbər verir ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (İƏİT) ilin birinci rübü üzrə aparıcı iqtisadi artım məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, İƏİT ölkələrində Ümumi Daxili Məhsul (ÜDM) yanvar-mart dövründə 0,4 faiz artıb. İqtisadi artım əvvəlki rübdə 0,3 faiz təşkil edirdi.

G7 ölkələri arasında Böyük Britaniya və Almaniyada artım birinci rübdə müvafiq olaraq 0,6 faiz və 0,2 faizlə bərpa olunub. Ötən ilin son rübündə İngiltərədə 0,3 faiz, Almaniyada isə 0,5 faiz daralma qeydə alınmışdı.

Yanvar-mart dövründə Kanadada iqtisadi artım 0,2 faiz, İtaliya və Fransada 0,1 faiz, Avrozonada isə 0,3 faiz təşkil edib. Avrozonada ötən ilin son rübündə iqtisadiyyat 0,1 faiz kiçilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

İlin birinci rübündə ABŞ iqtisadiyyatı 0,4 faiz artım göstərib. Yaponiyada isə ilin ilk üç ayında iqtisadiyyat 0,5 faiz daralıb.

Qeyd edək ki, İƏİT ölkələrində birinci rübdə iqtisadi artım illik olaraq 1,6 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et