İƏİT ölkələrində borc ehtiyacı 6 faiz artacaq | Banco.az

İƏİT ölkələrində borc ehtiyacı 6 faiz artacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində dövlətlərin borclanma ehtiyaclarının bu il 6 faiz artaraq 12,9 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, İƏİT tərəfindən hazırlanan “Hökumətlərin Borc Alma Mənzərəsi 2023” məlumatlarına görə, Rusiyanın Ukraynada başlatdığı müharibənin səbəb olduğu iqtisadi çətinliklər və qiymət artımına qarşı ev təsərrüfatlarını və müəssisələri qorumaq üçün verilən dəstək səbəbiylə dövlətlərin borc ehtiyacları artan tendensiyaya daxil olub.

Odur ki, İƏİT ölkələrinin borc ehtiyacının bu il 2022-ci illə müqayisədə 6 faiz artaraq 12,9 trilyon dollara çatacağı ehtimal edilir. Bu rəqəm ötən il 12,2 trilyon dollar qeydə alınmışdı.

Xatırladaq ki, pandemiya tədbirlərinin qüvvədə olduğu 2020-ci ildə dövlətlərin borc ehtiyacları 15,4 trilyon dollarla rekord vurmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat göstərir ki, hazırda ayrı-ayrı dövlətlər 10 il əvvələ nəzərən 45 faiz artıq borc alırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et