İƏİT bu ilin qlobal iqtisadi artım proqnozunu yüksəldib | Banco.az

İƏİT bu ilin qlobal iqtisadi artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu ilin qlobal iqtisadi artım proqnozunu yüksəldib.

Banco.az xəbər verir ki, İƏİT “İnkişaf üçün əsasların gücləndirilməsi” mövzusu ilə hazırlanmış İqtisadi Görünüş Perspektivlər Aralıq Hesabatını dərc edib.

Hesabatda deyilir ki, qlobal iqtisadi artım 2023-cü ildə dayanıqlılıq göstərib və inflyasiya gözlənildiyindən daha sürətlə aşağı düşüb. Qlobal iqtisadiyyat ötən il 3,1 faiz artıb. İl ərzində, o cümlədən dördüncü rübdə ABŞ-da artım xüsusilə güclü qalsa da, bir çox digər inkişaf etmiş ölkələrdə daha zəif olub ki, bu da enerji böhranının təsirlərini əks etdirir.

Ötən il iqtisadi artım G20 ölkələrində 3,3 faiz, ABŞ-da isə 2,5 faiz hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu il isə qlobal iqtisadiyyatda artımın 2,9 faiz olacağı və maliyyə şərtlərinin yaxşılaşması ilə 2025-ci ildə 3 faizə yüksələcəyi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et