Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft tələbi proqnozunu dəyişməyib.
Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatı dərc olunub.
Buna uyğun olaraq qlobal neft tələbinin bu il keçən ilə nisbətən gündəlik 2 milyon barel artaraq 101 milyon 900 min barelə çatacağı gözlənilir.
Əvvəlki hesabatda da bu göstərici gündəlik 101 milyon 900 min barel olaraq qiymətləndirilmişdi.
OECD regionunda tələbatın əvvəlki ilə nisbətən 262 min barel artımla 46 milyon 212 min barel, qeyri-OECD ölkələrində isə 1 milyon 765 min barel artımla 55 milyon 727 min barel olacağı hesablanır.
Qlobal neft tələbinin məhdudiyyətlərin aradan qaldırılmasından sonra Çin iqtisadiyyatının canlanmasının təsiri ilə bu ilin birinci rübündə artım tendensiyasına qayıtdığı və təxminən 810 min barel artdığı bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!