IEA neft tələbi ilə bağlı proqnozunu yuxarı çəkib | Banco.az

IEA neft tələbi ilə bağlı proqnozunu yuxarı çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün qlobal neft tələbatının artımı bağlı proqnozunu yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, IEA-nın bugün açıqladığı aylıq neft bazarı hesabatına görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik 2 milyon 33 min barel artaraq 102 milyon bareli keçəcəyi gözlənilir.

Əvvəlki hesabatda bu göstərici gündəlik 101 milyon 920 min barel olaraq qiymətləndirilmişdi. Beləliklə, bu il üçün qlobal neft tələbi proqnozu təqribən 100 min barrel yuxarıya çəkilib.

Tələbin OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) regionunda əvvəlki illə müqayisədə 409 min barel artaraq 46 milyon 365 min barel, qeyri-OECD ölkələrində isə 1 milyon 624 min barrel artımla 55 milyon 652 min barel olacağı hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Qlobal neft tələbindəki artımda hava nəqliyyatı və Kovid-19 məhdudiyyətləri ilə bağlı qadağaların ləğv edildiyi Çində gözlənilən canlanmanın təsirli olacağı ehtimal edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et