İdxal və ixracla məşğul olan şirkətlərin sayı artır | Banco.az

İdxal və ixracla məşğul olan şirkətlərin sayı artır

Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayı artır.

Dövlət Gömrük Komitəsinə istinadən, 2020-ci ilin ilk rübündə idxal və ixrac fəaliyyəti ilə 19 min 761 şəxs məşğul olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 min 23 şəxs çoxdur.

2020-ci ilin 1-ci rübündə idxal və ixrac fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 453 şəxs artaraq 5 min 260 şəxs, fiziki şəxslərin sayı isə 7 min 570 şəxs artaraq 19 min 761 şəxs təşkil edib.

2019-cu ildə xarici ticarət iştirakçılarının sayı 44 min 554 şəxs, o cümlədən hüquqi şəxslərin sayı 8 min 888 şəxs, fiziki şəxslərin sayı 35 min 666 şəxs təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et