İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb | Banco.az

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.

Banco.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ilin sentyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 101,3 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123 faiz, cari ilin yanvar-sentyabr aylarında 2021-ci ilin eyni dövrünə nisbətən isə 122,1 faiz təşkil edib.

Oktyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 569,15 manat olub. Sentyabr ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 94,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 149,2 faiz, 2022-ci ilin yanvar-sentyabr aylarında ötən ilin yanvar-sentyabr aylarına nisbətən isə 174,5 faiz təşkil edib. İxrac olunan qeyri-neft-qaz məhsullarının qiymət indeksi 2022-ci ilin sentyabr ayında əvvəlki ayla müqayisədə 98 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 105,4 faiz, yanvar-sentyabr aylarında ötən ilin eyni dövrünə nisbətən isə 110,6 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et