“İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri" mövzusunda vebinar keçiriləcək | Banco.az

“İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri" mövzusunda vebinar keçiriləcək

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi, Kapital Bank ASC və USAID Özəl Sektorun İnkişafı Layihəsinin birgə təşkilatçılığı ilə “İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri" mövzusunda vebinar keçiriləcək. Vebinarın keçirilməsində əsas məqsəd ixrac işinin təkmilləşdirilməsi prosesində maliyyə alətlərinin tətbiqi imkanlarının müzakirəsidir.

Vebinar çərçivəsində COVİD-19 pandemiyası dövründə kiçik və orta sahibkarların xarici bazarlara çıxışında həyata keçirilən islahatlar və təşviqlər, pandemiya və post-pandemiya dövründə ixracatçıların xarici bazarda maliyyə itkisi ilə qarşılaşmaması üçün təklif edilən maliyyə alətləri, faktorinq, qarantiya və s. maliyyə alətlərinin ixracatçıların iş fəaliyyətinə gətirəcəyi üstünlüklər, ixracyönümlü fəaliyyətin qurulması zamanı idxal ediləcək avadanlıqlar üçün təklif edilən güzəştlər, kiçik və orta sahibkarların xarici tərəfdaşlarla əməliyyatlarda əməkdaşlıq zamanı maliyyə prosedurlarında güvən və etibarlılığın təmin edilməsi və s. istiqamətlərə toxunalacaq.

Vebinar 13 Avqust saat 17:00-da keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

İştirak üçün link:  https://us02web.zoom.us/j/84321373251

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et