İdxal edilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib | Banco.az

İdxal edilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib

Azərbaycan Respublikasının ərazisinə gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib. Bu Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər və meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin hər litri üçün 2 manat aksiz dərəcəsi tətbiq edilirdi. Dəyişikliyə əsasən, ölkəyə idxal edilən energetik içkilərin hər litri üçün vahid aksiz dərəcəsi – 3.1 manat tətbiq olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et