İdeal Kredit - İlin Bank Olmayan Kredit Təşkilatı mükafatına layiq görülüb | Banco.az

İdeal Kredit - İlin Bank Olmayan Kredit Təşkilatı mükafatına layiq görülüb

Banco.az saytının 2018-ci il bank və maliyyə sahəsinin ən yaxşılarını təyin etdiyi səsvermə yekunlaşdı. 2018-ci il bank və maliyyə sahəsində bir sıra maraqlı hadisələr, kampaniyalar, yeniliklər və innovasiyalar ilə yadda qaldı. Portalın "Ən yaxşı"ları seçdiyi səsvermədə İdeal Kredit “İlin Bank Olmayan Kredit Təşkilatı” nominasiyasında qalib oldu.

Bank Olmayan Kredit Təşkilatı "İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti "İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

İdeal Kredit səslərin 36%-i toplamaqla birinci yerə sahib çıxıb.

Təşkilatın şüarı olan "İdeal Seçim" İdeal kredit”-in – hər bir müştəriyə fərdi yanaşma ilə bərabər müştərilərə ideal şərtlərlə kredit ayrilması - fəlsəfəsini özündə cəm edir.

Ən sərfəli krediti almaq üçün müraciət et