İdarəetmə sükanı kimin əlinə keçdi? | Banco.az

İdarəetmə sükanı kimin əlinə keçdi?

Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq İdarə Heyətinin sədr müavini Fərhad Əsgər oğlu Adıgözəlov icra edəcək. Bu barədə Banco.az portalı "Report"a istinadən məlumat verir. 

Xatırladaq ki, "Azər-Türk Bank"ın İdarə Heyətinin sədri Elmar Məmməd oğlu Məmmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasının iyulun 22-də keçirilən iclasının qərarı ilə 4 il müddətinə ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Azər-Türk Bank"da İdarə Heyətinin sədri səhmdarların ümumi yığıncağında seçilir.

Ən sərfəli krediti almaq üçün müraciət et