İdarəçilər üçün uğur strategiyaları | Banco.az

İdarəçilər üçün uğur strategiyaları

Həmişə iş axtaranlar və işçilər üçün uğurun yolları və motivasiya ilə əlaqədar yazardıq. Bu gün isə rəhbər və idarəçilərə uğur və onu əldə etmənin yolları barəsində yazacağıq.

CCL (Center for Creative Leadership) günümüzdə bizim liderliklə əlaqədar nə biliriksə bir çoxunu borclu olduğumuz bir araşdırma və təhsil təşkilatıdır. Təşkilat 1983-cü ildə rəhbərlərin karyeralarında nərdivanları uğurla qalxarkən birdən-birə nə üçün "aşağı endiklərini" araşdırmağa başladı. Bu gün araşdırmanın gəldiyi nəticələri təqdim edəcəyik.

CCL tədqiqatda təməl olaraq üstün performans göstərən yüksək səviyyəli idarəçilərlə, "enişə keçən" idarəçiləri müqayisə etdi. Məqsəd; rəhbərlərin üst səviyyə mövqelərə çata bilmək və bu müvəffəqiyyəti davam etdirə bilmək üçün nəyə ehtiyacları olduğunu ortaya çıxarmaq idi. 

İşin maraqlı tapıntılarından biri də; son 15 ildə iş dünyasında meydana gələn bir çox dəyişikliyə baxmayaraq, müvəffəqiyyəti və enişi meydana gətirən səbəblərin və xüsusiyyətlərin eyni qalması oldu.
 
CCL müvəffəqiyyətli idarəçilərlə "müvəffəqiyyət vəd edən" amma inkişafları dayanan ya da "enişə keçən" idarəçiləri müqayisə edərək, hər iki cığırı təyin edən faktorları görməyə çalışdı. Bu faktorların fərqində olan və liderlik bacarıqlarını yaxşı qiymətləndirən rəhbərlərin, karyeralarında hədəflədikləri istiqamətdə irəlilədikləri aydın görünür.

Müvəffəqiyyətə aparan təməl xüsusiyyətlər aşağıdakılardır:

1. Güclü əlaqələr qura bilmək, əlaqələri yaxşı idarə edə bilmək.

2. Qrupu istedadlı insanlarla meydana gətirmək və müvəffəqiyyətlə idarə etmək.

3. Yüksək performans göstərdiyi bir çox müvəffəqiyyətə sahib olmaq.

Ən sərfəli kredit üçün müraciət et

4. Dəyişiklik dövrlərinə uyğunluq təmin etmək və özünü inkişaf etdirmək.

"Enişə keçən" idarəçilərdə isə beş təməl xüsusiyyət ortaya çıxır:

1. İnsanlarla əlaqələrində problem yaşayırlar

2. İstedadlı insanları qruplarında yığa bilmirlər və qruplarını yaxşı idarə edə bilmirlər.

3. Məqsədlərinə çatmaqda müvəffəqiyyətli ola bilmirlər

4. Dəyişə bilmirlər və ya dəyişməyə can atmırlar.

5. İxtisaslarından kənarda heç bir şeylə maraqlanmırlar.

"Enişə keçmənin" qarşısını almaq üçün liderlik üçün əsas olan 4 meyarı həyata keçirmək lazımdır:

1. Əlaqələri müvəffəqiyyətlə idarə etmək

2. Qrupu yaxşı idarə etmək

3. İş hədəflərinə çatmaq 

4. Dəyişikliyə açıq olmaq

"Enişə keçmə" potensialı olan idarəçilər bunlara əməl edərək karyeraları xilas edə bilərlər.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et