İcraçı direktor: "Mikromaliyyə təşkilatları indiyədək 20 mlrd. manatdan artıq kredit verib" | Banco.az

İcraçı direktor: "Mikromaliyyə təşkilatları indiyədək 20 mlrd. manatdan artıq kredit verib"

Bu gün Bakıda "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda beşinci investorlar yarmarkası keçirilib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva açılış mərasimində bildirib ki, fəaliyyətə başladığı vaxtdan ötən 20 il ərzində mikromaliyyə təşkilatları tərəfindən 20 mlrd. manatdan artıq kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

J.Hacıyeva əlavə edib ki, 2015-2016-cı illərdə baş verən devalvasiyadan sonra bank və mikromaliyyə sektorunda geri qaytarılmayan kreditlər əhəmiyyətli dərəcədə artıb: "Mikromaliyyə sektorunda işləyən investorlar və kreditorlar hazırda Azərbaycanda daha həssaslıqla işləməyə üstünlük verirlər. Biz inanırıq ki, Azərbaycan hökuməti ölkədə mikromaliyyəyə dəyər verir və şəffaf, effektiv fəaliyyət mühitini yaratmaq üçün zəruri tədbirlər görəcək"

Ən sərfəli krediti almaq üçün müraciət et