Bu il Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün yeni pilot rayonlar müəyyən edilməyəcək.
Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, bu, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin gələn ildən nəzərdə tutulması ilə bağlıdır:
"Biz bütün ölkədə bu sistemin tətbiqi üçün artıq hazırlıq prosesinə başlamışıq".
Agentlik rəhbəri əlavə edib ki, bu il icbari tibbi sığorta sistemi ötən il olduğu kimi 3 rayonda pilot layihə şəklində davam etdiriləcək:
"Həmin rayonlarda sınaqlar edirik ki, sistem ölkə üzrə tətbiq olunduqda istifadə edilən yanaşma sınanmış olsun. 2020-ci ildən bütün ölkə üzrə onun tətbiqinə başlamağı düşünürük".
Qeyd edək ki, hazırda icbari tibbi sığorta sistemi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir.
Trend.az