İcbari tibbi sığorta haqqı necə hesablanacaq? – MİSALLAR | Banco.az

İcbari tibbi sığorta haqqı necə hesablanacaq? – MİSALLAR

Elan edildiyi kimi, ölkəmizdə 01.04.2020-ci il tarixdən etibarən icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi prosesinə başlanılacaqdır.

Bu barədə maliyyəçi-ekspert Emin Kazımov məlumat verib. 

Bu maliyyə mənbəyi icbari tibbi sığorta sisteminin ayrılmaz tərkib hissəsi olub, hansı meyarlara uyğun hesablanacağı ölkə vətəndaşlarının marağ dairəsindədir.

Belə ki, icbari tibbi sığorta haqları əmək müqaviləsi ilə muzdla çalışan işçilər üçün əməkhaqqının 8000 manatadək olan hissəsinin ümumilikdə 4 faizi  (sığortalı hesabına 2 faiz və sığortaolunan hesabına 2 faiz), 8000-dən yuxarı olan hissəsindən isə ümumilikdə 1 faizi (sığortalı hesabına 0.5 faiz və sığortaolunan hesabına 0.5 faiz) dəyərində tətbiq ediləcəkdir. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, xüsusi notariuslar, vəkillər kolleqiyasının üzvləri minimum aylıq əmək haqqının 4 faizi (hal-hazırda bu 250 manatın 4 faizi 10 manatdır) dəyərində ödəniş edəcəklər. Mülki-hüquqi xarakterli müqavilə üzrə çalışan fiziki şəxslər isə gəlirlərinin 8000 manatadək olan hissəsinin  2 faizini, 8000-dən yuxarı olan hissəsinin isə 1 faizini ödəyəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, muzdlu işdə çalışan və aylıq 500 manat alan işçi üçün 2 faiz (10 manat) müəssisə hesabına və 2 faiz (10 manat) isə işçinin əmək haqqısından tutulmaqla icbari tibbi sığorta haqqı hesablanıb-ödənilməlidir. 10000 manat əmək haqqı hesablanıbsa o zaman 8000 manata qədər olan hissəsi üçün işçinin hesabına 2 faiz (160 manat), müəssisənin hesabına 2 faiz (160 manat) və əlavə olaraq əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinin (2000 manatın) işçinin hesabına 0.5 faiz (40 manat), müəssisənin hesabına 0.5 faiz (40 manat) icbari tibbi sığorta haqqı hesablanıb-ödənilməlidir.

İki və daha çox yerdə çalışan işçilər üzrə icbari tibbi sığorta haqları hər iş yeri üzrə ayrı-ayrılıqda hesablanacaqdır.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et