Banco İcbari Sığorta Bürosunun rəsmi saytına istinadən xəbər verir ki, İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemindən artıq sığorta tələblərinin statusunu da yoxlamaq mümkün olacaq.
Belə ki, vətəndaşlar İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarına (qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən) qarşı irəli sürdükləri sığorta tələblərinin statusu haqqında məlumatı (qeydiyyat, təsdiq, ödəniş) http://services.isb.az internet səhifəsindən öyrənə biləcəklər.