İcbari sığorta müqavilələri 0,38% azalıb | Banco.az

İcbari sığorta müqavilələri 0,38% azalıb

Noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 12,049, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 262, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə isə 33 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan bildiriblər ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 999,249 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23,460 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 17,884 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,71 faiz və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,38 faiz azalma müşahidə olunub.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78,07 faizi yaşayış evləri və mənzillər, 0,13 faizi inzibati binalar, 21,80 faizi digər daşınmaz əmlakla bağlı olub.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et