İcbari Sığorta Bürosunda iştirakçı sığortaçıların yığıncağı | Banco.az

İcbari Sığorta Bürosunda iştirakçı sığortaçıların yığıncağı

2014-cü ilin 03 dekabr tarixində İcbari Sığorta Bürosunun ofisində Büronun iştirakçıları olan sığortaçıların növbədənkənar yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin, İcbari Sığorta Bürosunun və iştirakçı sığortaçıların rəhbər vəzifəli şəxsləri iştirak etmişlər.

Yığıncaqda İcbari Sığorta Bürosunun 2014-cü il üzrə fəaliyyəti barədə məlumat verilmiş, “Audatex” şirkəti ilə əməkdaşlıqdan irəli gələn bir sıra məsələlər müzakirə edilmiş, “İcbari Sığorta Bürosunun informasiya sisteminə Büronun internet səhifəsi vasitəsilə qoşulmağa icazə verilməsi Qaydaları”nın ləğv edilməsi məsələsi, o cümlədən, Büronun tərkibində yaradılmış Komissiyalar barədə məlumatlar diqqətə çatdırılmış, habelə, 2015-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir. 

Ən sərfəli kredit üçün müraciət et

Yığıncaqda, həmçinin, iştirakçı sığortaçıları İcbari Sığorta Bürosunun Himayəçilər Şurasında təmsil edən üzvün seçilməsi məsələsinə baxılmışdır. Belə ki, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Kamal İbrahimovun səlahiyyətlərinə, öz ərizəsinə əsasən, vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar onun yerinə ASC “Standard Insurance” Sığorta Şirkətinin  İdarə Heyətinin sədri Aydın Rəhmanov Himayəçilər Şurasına yeni üzv seçilmişdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et