İcbari Sığorta Bürosuna (İSB) yeni icraçı direktor təyin edilib.
Bürodan verilən məlumata görə, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının 15 dekabr 2016-cı il tarixdə keçirilmiş iclasında Elxan Xanməmməd oğlu Quluyevin İSB-nin icraçı direktoru vəzifəsindən getməsi ilə əlaqədar olaraq, Fariz Nazim oğlu Əzizovun Büronun yeni icraçı direktoru vəzifəsinə namizədliyi irəli sürülüb.
F.Əzizovun hazırda tutduğu vəzifədən azad olunduqdan sonra İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsinə təyin edilməsi və onun təyin olunacağı tarixdən etibarən E.Quluyevin əmək müqaviləsinə xitam verilməsi barədə Büronun Himayəçilər Şurasının sədri tərəfindən lazımi rəsmiləşdirmələrin aparılmasının təmin edilməsi ilə bağlı qərar qəbul edilib.
F.Əzizovun İSB-nin icraçı direktoru vəzifəsinin icrasına növbəti həftədən başlayacağı gözlənilir.
Mənbə: Trend.az