İcbari sığorta bazarı kiçilib, könüllü sığorta bazarı isə böyüyüb | Banco.az

İcbari sığorta bazarı kiçilib, könüllü sığorta bazarı isə böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 93,341 mln. manat həcmində sığorta haqqı yığılıb, 41,015 mln. manat həcmində ödəniş həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 16,3% və 109,2% (2,1 dəfə) artıb. İcbari sığorta növləri üzrə yığımlar bazarın 37,5%-ni (yanvar-fevralda – 26,6%), ödənişlər isə 28,2%-ni (yanvar-fevralda – 33%) təşkil edib.

Könüllü sığorta növləri üzrə I rübdə yığımlar 155,648 mln. manat, ödənişlər isə 104,330 mln. manat təşkil edib. Bu 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 3% az və 81,5% çoxdur. Sözügedən sığorta növləri üzrə yığımlar bazarın 62,5%-ni (yanvar-fevralda – 73,4%), ödənişlər isə 71,8%-ni (yanvar-fevralda – 67%) təşkil edib.

Qeyd edək ki, yanvar-mart aylarında icbari həyat sığortası üzrə yığımlar və ödənişlər müvafiq olaraq 14,877 mln. manat və 1,132 mln. manata bərabər olubsa, könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər müvafiq olaraq 53,902 mln. manat və 83,126 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2021-ci ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 248,989 mln. manat həcmində sığorta haqqı yığılıb və 145,345 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 3,4% və 88,5% çoxdur. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et