Müəllif: Tamara Mustafayeva, Banco.az
“IBM” şirkətinin gəlirləri 2023-cü ilin son rübündə artım göstərib.
Banco.az xəbər verir ki, “IBM” 2023-cü ilin oktyabr-dekabr ayları üzrə balans hesabatını açıqlayıb.
Məlumatlar göstərir ki, “IBM”in ötən ilin son rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 17,4 milyard dollara çatıb.
Ekspertlər dördüncü rübdə şirkətin gəlirinin 17,2 milyard dollara yüksələcəyini düşünürdülər. “IBM”in gəliri 2022-ci ilin eyni dövründə 16,7 milyard dollar olaraq hesablanmışdı.
Şirkətin proqram təminatı gəlirləri 3 faiz, konsaltinq gəlirləri 6 faiz, infrastruktur gəlirləri isə 3 faiz artıb.
“IBM”in ümumilikdə 2023-cü il ərzində gəliri əvvəlki ilə nisbətən 2 faiz artaraq 61,9 milyard dollara çatıb.
Şirkətin xalis mənfəəti isə 2023-cü ilin son rübündə illik 21 faiz artaraq 3,3 milyard dollara çatıb. “IBM” əvvəlki ilin dördüncü rübündə 2,7 milyard dollar xalis mənfəət açıqlamışdı. “IBM”in 2023-cü ildə ümumi 2022-ci illə müqayisədə 358 faiz artaraq 7,5 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!